“Samsung” öz prosessorundan imtina edəcək

12 Dekabr 2019 15:21 (UTC+04:00)

“Samsung” şirkəti yeni “Galaxy S11” modellərində öz istehsalı olan “Exynos” prosessorlarından imtina edəcək. SİA-nın veridiyi xəbərə görə, bu haqda “The Elec” nəşri məlumat verib.

Məlumata görə, əksər qabaqcıl “Galaxy S11” smartfonlarına “Snapdragon 865” prosessorları quraşdırılacaq. Bu prosessorla təchiz edilmiş modellər Koreya və qlobal bazarda əlçatan olacaq. “Samsung”un şəxsi istehsalı olan “Exynos 990” prosessoru ilə təchiz edilmiş “Galaxy S11” smartfonları yalnız Avropada təqdim ediləcək.

Cənubi Koreya şirkəti “Qualcomm”un modeli ilə öz çipi arasındakı güclü məhsuldarlıq fərqinə görə belə qərar qəbul edib. Məsələn, “Snapdragon 865” prosessorunda süni intellektin hesablama sürəti saniyədə təxminən 15 trilyon əməliyyat təşkil edir, halbuki “Exynos 990” prosessorunda bu göstərici yalnız 10 trilyon əməliyyata bərabərdir. Həmçinin kənar çip 200 meqapiksellik təsvir ölçülü kameraları dəstəkləyir, halbuki Koreya şirkətinin öz prosessorunda bu göstərici yalnız 100 meqapiksel təşkil edir.