Yeni il bayramında məktəblərdə neçə gün tətil olacaq?

12 Dekabr 2019 15:00 (UTC+04:00)

"Yeni il bayramında tədirisi 5 və 6 günlük olan orta məktəblərdə neçə gün tətil olması hələ müəyyən edilməyib". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Hazırda məsələ ilə bağlı nazirlik tərəfindən qərar verilmədiyini deyən M. Vəliyeva deyib: "Hələlik həmin vaxta bir müddət var. Təhsil Naziliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək".