DİM sınaq imtahanı keçiriləcək

12 Dekabr 2019 14:36 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə yeni test tapşırıqlarının istifadə olunacağı elektron sınaq imtahanı keçiriləcək. Mərkəzdən SİA-ya verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2020-ci il 11 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 11 yanvar saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə olunacaq.