Özünü metro qatarının altına atan şəxs kimdir?

12 Dekabr 2019 13:24 (UTC+04:00)

Dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” metrostansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.