İtən hərbi təyyarə ilə bağlı Çili Bələdiyyəsindən açıqlama verilib

12 Dekabr 2019 13:03 (UTC+04:00)

Çilidə 38 nəfəri daşıyan və çərşənbə axşamı itən hərbi təyyarənin axtarıldığı bölgədə insan qalıntılarının tapıldığı açıqlanıb. Bunu SİA xarici KİV-lərə istinadən xəbər verir.

Magellan bölgəsinin Bələdiyyə sədri Hose Fernandez 10 dekabrda 38 nəfəri aparan hərbi təyyarənin itdiyi bölgədə insan qalıqlarının tapıldığını bildirib.

Bələdiyyə sədri mətbuata verdiyi açıqlamada bildirib ki, bu gün hava qüvvətlərindən çox üzücü bir xəbər aldıq. “İtən təyyarənin parçalarını və insanlara aid qalıntıların tapıldığı bildirilib. Bunu anlamaq lazımdır ki, itən insanların yaxınlarının bu xəbərdən sonra onların tapılmasına olan ümidləri itib”- deyə bildirib.

Tapılan qalıntıların sahiblərinin aşkar edilməsi üçün qalıntılar ekspertiza tərəfindən analiz ediləcək.

Təyyarədə hərbi hava qüvvələrinə aid 17 hərbçi, 21 yolçu olmaqla 38 nəfərin olduğu açıqlanıb.

Təyyarə ilə əlaqənin kəsildiyi Dreyk keçidi adlandırılan ərazinin, Antraktidanın ilə Cənubi Amerikanı ayıran ən fırtınalı bölgələrədn biri olduğu deyilir.