"Heydər Əliyev hər kəsə örnəkdir" Səfir

12 Dekabr 2019 12:37 (UTC+04:00)

Ulu Öndər Heydər Əliyev həqiqətən də həyatı araşdırılmalı olan və hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir. SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, Heydər Əliyev bütün həyatı boyunca Azərbaycanın müstəqil olması barədə düşünüb: "Azərbaycan müstəqillik əldə etdikdən sonra o, ömrünü ölkəsinin necə yüksələcəyini düşünməklə keçirib, bu məsələ üçün həyatını da təhlükəyə atıb. Mən bir daha onun hüzurunda hörmətlə baş əyirəm. Türk dünyasının başı sağ olsun, belə bir lider hər zaman olmaz".