Azərbaycan Prezidenti Heydər Əliyevin anım günü ilə bağlı "Facebook"da paylaşım edib

12 Dekabr 2019 09:55 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Facebook” səhifəsində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

SİA-nın məlumatına görə, dövlət başçısı paylaşımda Heydər Əliyevdən "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sitatını gətirib.

Xatırladaq ki, bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatından 16 il ötür.