200 tondan artıq saxta spirtli içki müsadirə edildi

12 Dekabr 2019 10:23 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 200 ton saxta spirtli içki müsadirə edilib. SİA-nın verdiyi məlumata görə, əməliyyat zamanı 107 nəfər saxlanılıb. Onlar saxta içkilərin hazırlanmasında şübhəli bilinir.

Qeyd edək ki, dekabrın 5-də keçirilmiş bu cür əməliyyat nəticəsində 2 nəfər saxlanılmışdı. Bundan qabaq isə iyuldakı əməliyyat zamanı 20 nəfər saxlanılıb.