Sualtı qayıq bir ton kokainlə saxlanıldı

12 Dekabr 2019 09:32 (UTC+04:00)

Peru Hərbi Dəniz Qüvvələri ölkənin şimal sahillərində Meksikaya üzən və içində bir tondan çox kokain olan sualtı qayıq saxlayıblar. Bu barədə Meksikanın "Televisa" tele kanalı ölkə prokurorluğuna istinadən xəbər verib.

İki kolumbiyalı, bir meksikalı və bir ekvadorludan ibarət, narkomafiyanın puluna düzəldilən qayığın heyəti həbs edilib. Məlumata görə, saxlanılan kokainin ümumi çəkisi iki tona yaxındı.