Yeni Zelandiyada vulkan püskürdü: 8 ölü

12 Dekabr 2019 08:46 (UTC+04:00)

Yeni Zelandiyanın Ağ adasında vulkan püskürməsi nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb. Daha 9 nəfər isə hələ də tapılmayıb. SİA "RİA Novosti" yə istinadla xəbər verir ki, axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, vulkan püskürməsi dekabrın 9-da turistlər arasında populyarlığı ilə seçilən Ağ adada baş verib. Bu ada ölkənin şərqindəki Şimal adasından 50 kilometr məsafədə yerləşir. Bildirilir ki, adada və onun yaxınlığındakı ərazidə olan 47 nəfər vulkan külünün və buxarın təsirinə məruz qalıb. Yeni Zelandiya Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, hazırda 28 nəfər qonşuluqda yerləşən Avstraliya xəstəxanalarında müalicə alır. Onların çoxu ciddi yanıq xəsarətləri alıb.