Gəncə sakini yol qəzasında öldü

11 Dekabr 2019 23:05 (UTC+04:00)

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Prospektdə yolu keçmək istəyən İsayeva Şəbnəm Əli qızını "VAZ 21 07" markalı avtomobil vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.