Bakıda mənzildən qadın meyiti tapılıb

11 Dekabr 2019 22:46 (UTC+04:00)

Bakıda mənzildən qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Hüseynova Esmira Vaqif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.