Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib

11 Dekabr 2019 16:17 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olunub. SİA-nın verdiyi xəbərə görə, evlərin istifadəyə verilməsi zamanı qeyd olunub ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 515-i verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi də təmin ediləcək.

İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7169 mənzil və fərdi ev təqdim edilib.