“UEFA GROW”un müstəqil araşdırmasının nəticələri təqdim olunub

11 Dekabr 2019 15:51 (UTC+04:00)

Bakıda “Nielsen” şirkəti tərəfindən UEFA-nın maliyyə dəstəyi ilə “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub. SİA-nın məlumatına görə, araşdırma futbol ilə bağlı müxtəlif sahələri əhatə edib. UEFA-nın milli assosiasiyaların biznes inkişafı üzrə koordinatoru Manuel Ruess dekabrın 11-də araşdırmanın nəticələrini AFFA əməkdaşlarına təqdim edib, nəticələr və gələcək planlar müzakirə olunub.

Bu araşdırma sayca üçüncüdür. Daha öncə Kantar Media şirkəti tərəfindən 2015-ci və 2017-ci illərdə ölkə üzrə analoji araşdırma keçirilib.

“UEFA GROW” UEFA-nın 55 üzv milli assosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdır. AFFA 2015-ci ildən başlanan layihənin fəal iştirakçılarındandır.