Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni İdarə heyəti seçilib

11 Dekabr 2019 13:13 (UTC+04:00)

"Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq beynəlxalq səfərləri intensivləşdirmişik". SİA-nın bunu İcmanın sədri Tural Gəncəliyev mətbuat konfransında bildirib. O qeyd edib ki, İcmanın fəaliyyətinin daha da çox tanıdılmasına ehtiyac var. T.Gəncəliyev əlavə edib ki, beynəlxalq təşkilatlar artıq Ermənistanın yalanlarına inanmır və onları qeyri-ciddi qəbul edirlər.

O bildirib ki, Qarabağ İcması bundan sonra da fəaliyyətini intensivləşdirəcək: "İcmanın yeni idarə heyəti seçilib".