İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib

16 Mart 2011 01:54 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Bernar Fasyeni (Fransa), Robert Bradtkeni (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.