Yaponiyada keçmiş nazir güllələndi

10 Dekabr 2019 23:05 (UTC+04:00)

Yaponiyanın keçmiş müdafiə nazirinə hücum edilib. 81 yaşlı Tokuitiro Tamadzava İvate prefekturasının Morioka şəhərində hücuma məruz qalıb. Keçmiş nazir güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həyatı üçün təhlükə yoxdur. T.Tamadzava 2009-cu ildə təqaüdə çıxıb.