Kikboksinq üzrə respublika turniri keçirilib

10 Dekabr 2019 17:35 (UTC+04:00)

Ağsu Olimpiya İdman Kompleksində Azərbaycanın Milli qəhrəmanı Yusif Əliyevin xatirəsinə kikboksinq üzrə respublika turniri keçirilib. SİA-nın məlumatına görə, turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından 18 komandanın tərkibində 150-yə yaxın idmançı mübarizə aparıb.

“Neftçi”nin kikboksçuları turnirdə 6 qızıl, 4 gümüş, 9 bürünc medal qazanaraq komanda hesabında birinci olublar. “Qarabağ” komandası ikinci, Mingəçevirin “Niko Fayt” klubu isə üçüncü yeri tutublar.

Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.