Nazir generalı vəzifəsindən azad etdi

10 Dekabr 2019 16:54 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub. SİA-nın verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, işdən çıxarılan general 06.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.