Ermənistan məhkəmə azadlığının olmadığı ölkədir

10 Dekabr 2019 16:10 (UTC+04:00)

Məhkəmə sistemində sərbəstlik yoxdur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu hüquq müdafiəçisi Arsen Babayan bu gün jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə məhkəmə azadlığının olmaması göz qabağındadır. Məlumata görə A.Babayan qeyd edib ki, bəzi hallarda həqiqətən layiqli hakim kimi davranan mütəxəssislərin olmasına baxmayaraq ölkədə məhkəmə azadlığı yoxdur.

"VETO" ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyanın müdafiəsinə qalxacağını soruşduqda, Arsen Babayan belə cavab verib: “Mən artıq bir hüquq müdafiəçisi olaraq bunu cinayət işinə baxaraq edirəm. Mən vəkil deyiləm, vəkil lisenziyam yoxdur.”