Fədayə və Tacir uzun illərdən sonra ilk dəfə efirdə VİDEO

10 Dekabr 2019 14:11 (UTC+04:00)

Müğənni Fədayə Laçın verilişlərin birində həmkarı Manaf Ağayevlə birlikdə qonaq olub. SİA-nın məlumatına görə, proqram zamanı Manaf Fədayəyə sürpriz hazırladığını bildirib. O, studiyaya Tacir Şahmalıoğlunu dəvət edib.

İlk dəfə efirə birlikdə qatılan duet ortaqları aralarındakı buzların əridiyini vurğulayıblar.

"Manaf, bunu əvvəldən deyərdin. Mənim böyük qardaşımsan, bu cür istədin, belə də olsun. Aramızda pis söhbətlər olmayıb" deyə, Fədayə söyləyib.

"Gözəl duetlər oxumuşuq. Birlikdə çörək kəsmişik. Niyə də duet yazdırmayaq? İstəmir, fikrinə də hörmətlə yanaşıram. Amma milləti tamarzı qoymağa haqqımız yoxdur" deyə, Tacir əlavə edib.

Qeyd edək ki, Fədayə və Tacir bundan əvvəl toy məclisində də bir araya gəlmişdi.