"BMT Azərbaycanın ekstremizmə qarşı mübarizəsini yüksək qiymətləndirir''

10 Dekabr 2019 12:34 (UTC+04:00)

''Ekstermizim sərhəd tanımayan bir təhdiddir və birgə səylərin göstərilməsi bunun qarşısını almaq üçün çox vacibdir''. SİA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, dayanıqlı inkişafın təmin edilməsi, sülh və təhlükəsizliyin qorunması, insan hüquqlarına hörmətin artırılması ekstremizmə qarşı mübarizədə vacib əhəmiyyət kəsb edir.

Q.İsaqzai ekstremizmə qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib: ''BMT Azərbaycanın ektremizmə qarşı mübarizədə səmərəli əməkdaşlığını dəstəkləyir''.

Q.İsaqzai həmçinin Azərbaycanda dini tolerantlığın və harmoniyanın mövcud olduğu bir cəmiyyətin formalaşdığını diqqətə çatdırıb: ''Azərbaycanda dünyəvilik qorunur və ekstremizmə qarşı ciddi mübarizə aparılır''.