Xalq artisti vəfat etdi

10 Dekabr 2019 11:47 (UTC+04:00)

Kinorejissor, Xalq artisti Yalçın Əfəndiyev vəfat edib. SİA-nın məlumatına görə, mərhumla vida mərasimi Təzə pir məscidində keçiriləcək. Mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib.