Yanğını söndürməyə helikopter cəlb olundu

10 Dekabr 2019 11:07 (UTC+04:00)

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əlavə qüvvələri və 3 helikopteri cəlb olunub. Bu barədə SİA-ya FHN-ə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi səhər saatlarında "Eurohome" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumatda bildirilir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti malları mağazasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. "Çağırış 3" elan olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.