İlin sonunadək “Asan Xidmət" mərkəzlərinin sayı 19-a çatacaq RƏSMİ

10 Dekabr 2019 10:45 (UTC+04:00)

“Şamaxıda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Asan Həyat” kompleksi sayca 16-cı “Asan Xidmətdir”. Dekabr ayının sonuna qədər daha 3 mərkəzin istifadə verilməsi gözlənilir ki, bununla da mərkəzlərin sayı 19-a çatacaq”. SİA-nın xəbərinə görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müsahibəsində deyib.

O bildirib ki, 6 il ərzində 19 mərkəzin fəaliyyətə başlaması cənab Prezidentin birbaşa göstərişinin nəticəsidir: “Çünki qarşımıza qoyulan vəzifə qısa müddətdə Azərbaycanın regionlarında “Asan Xidmət” mərkəzlərinin fəaliyyətdə olmasını, eləcə də regionda yaşayan əhalinin xidmətlərdən, bir pəncərə prinsipindən operativ, şəffaf qaydada yararlanmasını tətbiq etməkdən ibarət idi”.

Agentlik sədri söyləyib ki, son istifadəyə verilən Şamaxı “Asan Həyat” Kompleksi təkcə xidmətlərin göstərildiyi inzibati binadadan ibarət deyil: “Mərkəzin yerləşmə yeri Şamaxıda turizmin inkişaf etdiyi magistral yolun kənarında, şəhərin girişindədir. Buranın layihələndirilməsində həmin magstral yoldan istifadə edən vətəndaşların tuirzm yönümlü köməkçi xidmətlərdən də istifadə etməsi nəzərə alınıb. Beləliklə kompleksin rahatlıq orbiti daha da genişlənib. Beləliklə də o yoldan keçən istənilən şəxs, turist, əcnəbi olmasından asılı olmayaraq kompleksin xidmətlərindən istifadə edə bilər".

Kompleksin digərlərindən fərqinə gəlincə qurum rəhbəri vurğulayıb ki, ümumiyyyətlə bütün “Asan Xidmət” mərkəzləri özünün unikallığı ilə seçilir: “Şamaxıda fəaliyyətə başlayan kompleksdə ilk dəfə olaraq ağıllı idarəetmə Smart tətbiq olunur.Bu konsepsiya hələ ölkədə tətbiq olunmayıb. Burada söhbət bütün infrastruktura daxil olan kompanentlər elektron idarəetmə əsasında həyata keçirilir. Bu xidmətlərdən Şamaxı və onun ətraf rayonları olan Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarının ümumilikdə 450 mindən çox əhalisinə xidmət göstərəcək. Lakin bilirsiniz ki, bizdə xidmətlərin əksəriyyəti qeydiyyat yerindən asılı olmayaraq, məhdudiyyətsiz şəkildə vətəndaşlara xidmət göstərir. Bu da vətəndaşların xidmətlərə əlçatanlığına şərait yaradır”.

Ü. Mehdiyev qeyd edib ki, ölkə başçısının tapşırığına uyğun olaraq son 6 il müddətində “Asan Xidmət” həm kəmiyyət, həm də keyfiyyətcə dəyişib, genişlənib: “Həm xidmətlər, həm də ümumilikdə mərkəzlərin sayı artıb. İlk başlayanda xidmətlərin sayı 20 idi və onlardab qeydiyyat ünvanına görə istifadıə mümkün idi. Lakin hazırda ölkə başçısının tapşırığına əsasən təkcə “Asan Xidmət”də 320-dən çox xidmət göstərilir. Bu xidmətlərin mütləq əksəriyyətinin qeydiyyat məhdudiyyəti yoxdur”.