London və Mançester şəhərlərində eko-aktivistlərin etirazları başlayıb

10 Dekabr 2019 08:13 (UTC+04:00)
Böyük Britaniyanın London və Mançester şəhərlərində eko-aktivistlərin etirazları başlayıb. Etirazçılar havanın çirklənməsinə qarşı tədbirlər görülməsini tələb edirlər. Londonda 7, Mançesterdə isə 5 mitinq iştirakçısı həbs edilib. Etirazlar nəticəsində nəqliyyatın hərəkətində problemlər yaranıb. Qeyd edək ki, oktyabr ayında keçirilən eko-aktivist etirazları zamanı 1500-dən çox insan həbs edilmişdi.