Rüfət Dadaşov məğlub olan komandasının yeganə qoluna imza atıb

10 Dekabr 2019 01:40 (UTC+04:00)

Almaniya 3-cü Bundesliqasında 18-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə “Meppen”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Rüfət 57-ci dəqiqədə meydana çıxıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. 75-ci dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb.

Qeyd edək ki, Münster klubu 18 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.