Sumqayıtda 71 yaşlı qadının meyiti aşkarlanıb

9 Dekabr 2019 23:03 (UTC+04:00)

Sumqayıt şəhərində mənzildə meyit aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir ki, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Kərimova Həqiqət Əsədulla qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.