Orenburqda dəhşətli qəza: Qırğızıstan vətəndaşları diri-diri yandı

9 Dekabr 2019 18:20 (UTC+04:00)

Rusiyanın Orenburq vilayətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. "RİA Novosti” xəbər verir ki, minivenlə "Qazel”in toqquşması nəticəsində yanğın baş verib.

Yanğında 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli yanıq və xəsarətlərlə Sol-İletsk şəhərinin xəstəxanasına aparılıb.