QHT standartları müzakirə ediləcək

15 Mart 2011 22:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hazırladığı QHT standartları üzrə ilkin təkliflərin müzakirəsi keçiriləcək.

Qurumdan SİA-ya verilən xəbərə görə, QHT standartlarının məqsədi yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətinin daha da səmərəli qurulması, idarəetmənin təkmilləşdirilməsi və missiyanın beynəlxalq müstəvidə qəbul edilmiş hüquqi və etik normalara uyğun şəkildə yerinə yetirilməsində təşkilatlara yardım etməkdir.

Tədbir 16 mart 2011-ci il saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində olacaq.