Əlişir Musayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM

9 Dekabr 2019 17:19 (UTC+04:00)

Prezident İlham Əliyev Əlişir Musayevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.