Cinayətkarlıq Ermənistanda dinamik şəkildə artır

9 Dekabr 2019 16:27 (UTC+04:00)

Ermənistan İstintaq Komitəsinin İstintaq İdarəsi tərəfindən Arabkir bölgəsində genişmiqyaslı cinayət işinin aparılması nəticəsində avtomobillərin oğurlanması ilə bağlı iyirmidən çox hadisə müəyyən edilib. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, 30 yaşlı İrəvan sakini həbs edilib.
Məlumatda qeyd olunur ki, 1989-cu il təvəllüdlü İrəvan sakini 2019-cu ilin iyunundan oktyabr ayınadək İrəvanın müxtəlif küçələrində park edilmiş, başqalarına məxsus avtomobillərin şüşələrini sındırıb və bu avtomobillərdən pul, çanta, bank kartı və digər əşyaları oğurlayıb.
Bundan əlavə, 30 yaşlı erməni oğurlanmış bank kartlarından nağd pul çıxarılmalarını da həyata keçirib. Hətta, bəzi hallarda özündən asılı olmayan səbəblərdən bunu başa çatdıra bilməyib. İlkin istintaq zamanı onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi və barəsində axtarış elan edilməsi barədə qərar verilib.
İlkin istintaq davam edir və 30 yaşlı bu erməninin törətdiyi ehtimal olunan cinayətlərinin, həmçinin digər potensial qurbanlarının müəyyən edilməsi üçün tədbirlər görülür.

Bir-birinin ardınca törədilən və müşahidə olunan cinayət hadisələri təsdiq edir ki, cinayətkarlıq Ermənistanda dinamik şəkildə artır. Görünür bu da ölkədə xaos hökm sürməsi, eyzi zamanda, qanunsuzluq, hərcmərclik, qarışıqlıq, həmçinin yoxsulluq səbəbindəndir.