Türkiyədə hərbi konvoy partladıldı - Ölən və yaralılar var

9 Dekabr 2019 16:18 (UTC+04:00)

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində hərbi konvoy partladılıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 2 türk hərbçisi həlak olub, 7-i yaralanıb.

Onlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Partlayışın PKK terror təşkilatı tərəfindən törədildiyi bildirilib.