Aykido üzrə respublika seminarı keçiriləcək

9 Dekabr 2019 16:04 (UTC+04:00)

Dekabrın 14-15-də Aykido Mərkəzində Azərbaycan Aikido Federasiyasının (AAF) prezidenti sensey Fərhad Əsgərovun rəhbərliyi altında respublika seminarı keçiriləcək. SİA-nın məlumatına görə, seminarda Gəncə, Oğuz, Şəki, Göyçay, Lənkəran və Astaradan 200-ə yaxın idmançı və məşqçi iştirak edəcək.

Qeyd edək ki, seminar Gənclər və İdman Nazirliyi və AAF-ın birgə təşkilatçılığı ilə baş tutacaq.