Boks millimiz təlim-məşq toplanışını davam etdirəcək

9 Dekabr 2019 15:47 (UTC+04:00)

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışının Bakı Boks Mərkəzində keçirilən ilkin mərhələsi başa çatıb. SİA-nın məlumatına görə, baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək. Buradakı hazırlıq isə dekabrın 9-dan 27-dək davam edəcək. Baş məşqçi daha sonra komandaya 4 günlük istirahət verməyi planlaşdırır.

Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub.