Cəmil Həsənli imicini dəyişib? FOTO

9 Dekabr 2019 12:55 (UTC+04:00)

Sənan Nəcəfov: “Şükür yaxşı qutardıq...”

Mediada “Milli Şura”nın sədri Cəmil Həsənlinin imicini (xarici görünüşünü) dəyişməsi barədə məlumatlar yayılıb. SİA xəbər verir ki, bununa bağlı qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov “Facebook” sosial şəbəkəsində maraqlı status paylaşıb. “Saytlarda oxudum “Milli Şura”nın sədri Cəmil Həsənli imicini dəyişib”, deyə qeyd edən baş redaktor bununla bağlı yazıb ki, həmin xəbəri birbaşa tıklamağa risk eləməyib: “Birbaşa tıklamağa risk eləmədim, düşündüm qoca kişidir də, hər cür hoqqabazlıq edər”.

“Səfeh açıqlamalar verən, cümləsinin əvvəlini səhifə admini, ortasını Əli Kərimli, sonunu özü yazan adamdır da”

Cəmil Həsənlinin daim əsassız, yersiz açıqlamalar verməsini də xatırladan Sənan Nəcəfov “Milli Şura”nın sədrinin imicini dəyişmək məqsədi ilə bığ buraxmasına çəkinə-çəkinə baxdığını və ictimai rəyin bu məsələdən yaxşı qurtardığına eyham vurub: “Səfeh açıqlamalar verən, cümləsinin əvvəlini səhifə admini, ortasını Əli Kərimli, sonunu özü yazan adamdır da. Odur ki, ehtiyatla, çəkinə-çəkinə baxdım. Şükür yaxşı qurtardıq”.

Görünür, Cəmil Həsənli həqiqətən də, ictimai rəydə rədd edilməsini, siyasi müxalifətdə sadəcə müqəvva olduğunu anladıqdan sonra, imic dəyişmək adı altında bığ buraxıb ki, heç olmasa bu vasitə ilə “təsir gücünü” saxlasın...

Rövşən NURƏDDİNOĞLU