Firuzə yanacaqdoldurma məntəqəsində dava etdi VİDEO

9 Dekabr 2019 17:20 (UTC+04:00)

Aparıcı Firuzə Cəlilova (Fira) səhər saatlarında yanacaqdoldurma məntəqəsində dava edib. SİA-nın məlumatına görə, Fira mübahisəyə orada çalışan şəxsin hamının içində söyüş söyməsi olub. Aparıcı sosial şəbəkədə həmin şəxsin görüntüsünü yayaraq, bu sözləri deyib: "İctimai televiziyanın yanında yanacaqdoldurma məntəqəsindəyəm. Burada Mübariz Ağayev adlı işçi ətrafda insanların, qadının olmasına əhəmiyyət vermədən gənc bir işçiyə söyüş söyür. Ona iradını bildirir ki, pisdir. Bunun evdə qadınına münasibəti də yəqin budur. Biz gənclər yaşda özümüzdən böyük olanlardan ibrət götürürük. Dediyi söyüşü ağzıma almıram. Müştəri ilə davranış qabiliyyəti də yoxdur".