Aeroport yolunda 3 avtomobil zəncirvari qəza törətdi

9 Dekabr 2019 11:04 (UTC+04:00)

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, qəza Aeroport yolunda üzü Mərdəkan istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib. "Jeep", "Opel" və "Saipa" markalı avtomobillər arasında baş verən zəncirvari qəzada xəsarət alanın olduğu da deyilir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Adıçəkilən ərazidə avtomobillər arasında sıxlıq müşahidə olunur.