Dəm qazı 15 yaşlı qızın həyatına son qoydu

9 Dekabr 2019 10:54 (UTC+04:00)

Qusar rayonunda azyaşlı dəm qazından boğulub. SİA-nın verdiyi məlumata görə, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30-da baş verib.

Həmin ünvanda yaşayan, 2004-cü il təvəllüdlü Niftəliyeva Dursun Vahid qızı yaşadığı evin hamamında duş qəbul edərkən dəm qazından boğulub.

Onun meyiti anası Əmayə Niftəliyeva tərəfindən aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.