Fədayə: "Tacirlə 1 saata 3 min manat qazanıram" VİDEO

9 Dekabr 2019 14:30 (UTC+04:00)

Müğənni Fədayə Laçın həmkarı və duet ortağı Tacir Şahmalıoğlu ilə haqqında deyilən dedi-qodulara son qoyub. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Mən həbsdə olan zaman jurnalistlər Tacirdən müsahibə alıb. Mən də həmin müsahibəyə qulaq asmadığıma görə ona görə bilmirəm ki, orada söhbət nədən gedir. Amma eşitdiyimə görə o mənim arxamca yaxşı sözlər deməyib. Mən də sözügedən məsələni aydınlaşdırmaq üçün özündən soruşdum. O, da mənə dedi ki, mən sənin ünvanına xoş olmayan heç bir söz deməmişəm. Jurnalistlər səhv yazıb.

Onu da deyim ki, mən də elə xasiyyət yoxdur ki, toy yiyəsinə deyim ki, "Tacir Şahmalıoğlu ordadırsa, mən o məclisə gəlmirəm". Nəyə görə pulumu qazanmamalıyam. Bir neçə gün bundan öncə Tacirlə eyni məclisi idarə edirdik. Həmin toyun 1 saatından 3 min manat pul qazandım. Tacirlə düşmən deyiləm. Bəyəm bir-birimizə güllə atmışıq. Mənim sözügedən həmkarımla heç bir şəxsi məsələm ola bilməz".