Fransada etirazlarda onlarla insan saxlanılıb

9 Dekabr 2019 10:07 (UTC+04:00)

Fransada növbəti etiraz və iğtişaşlar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lion və Nantes şəhərlərində polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Ölkədə onlarla insan həbs olunub. Etirazların səbəbi pensiya islahatları ilə bağlıdır.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron baş verənləri sakit qarşılayır. Məlumata görə, dövlət başçısı fransızların tətil etmək hüququnu dəstəkləyir.