Mourinyo "Totenhem"i bu futbolçu ilə gücləndirmək niyyətindədir

9 Dekabr 2019 07:42 (UTC+04:00)

"Totenhem"in baş məşqçisi Joze Mourinyo komandanı yeni futbolçu ilə gücləndirmək niyyətindədir. SİA Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis "Roma"nın bosniyalı oyunçusu Edin Dzekonu heyətə cəlb edilməsi ilə bağlı klub rəhbərliyi ilə danışıb.

Portuqaliyalı çalışdırıcı bununla hücum xəttində Hari Keynin yükünü azaltmaq istəyir.

Qeyd edək ki, E.Dzeko bu mövsüm "Roma"nın heyətində 19 matça çıxaraq 8 qol vurub və 3 məhsuldar ötürmə verib. 33 yaşlı futbolçunun İtalya klubu ilə 2022-ci ilədək müqaviləsi var.