“Afa Art” rəssamlıq studiyasının tələbələrinin “Fəsillər” adlı yubiley sərgisi açılıb

9 Dekabr 2019 03:29 (UTC+04:00)

Xətai Sənət Mərkəzində “Afa Art” rəssamlıq studiyasının tələbələrinin “Fəsillər” adlı yubiley sərgisi açılıb.

SİA xəbər verir ki, sərgidə 40 dan çox rəngkarlıq əsəri nümayiş olunub.

Əsərlərdə dünya ölkələri, o cümlədən vətənimizin gözəl guşələri, fəsillərin rəssam təfəkküründə modern təsəvvürləri təsvir edilib.