Xəzər dənizinin Lənkəran sahillərində zəlzələ olub

8 Dekabr 2019 23:21 (UTC+04:00)

Xəzər dənizinin Lənkəran sahillərində 3 bal gücündə zəlzələ baş verib.

SİA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:33-də Lənkəran stansiyasından 58 km şimal-qərbdə - Xəzər dənizində qeydə alınıb.

Zəlzələ 27 km dərinlikdə yerləşib.