Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb

8 Dekabr 2019 17:00 (UTC+04:00)

Almaniyada yeniyetmələr arasında keçirilən Avropa birinciliyi başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycan millisi yarışı 7 medalla başa vurub. Yığmanın heyətində Mehdi Budaqlı (27 kq) çempion tituluna yiyələnib. Aydın Süleymanov (32 kq), Mürşüd Qasımov (39 kq), Tamerlan Yaqubov (29 kq) gümüş, Elmira Bayrak (22 kq), Süleyman Həsənov (26 kq) və Fərdi Quşxani (35 kq) isə bürünc medala sahib olublar.