Yevda Abramovla vida mərasimi

8 Dekabr 2019 13:00 (UTC+04:00)

Qubada Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçirilən vida mərasiminə paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimlər gəlib.

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb. Xatırladaq ki, deputat dekabrın 6-da 71 yaşında dünyasını dəyişib. Millət vəkili bir müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi.

Allah rəhmət eləsin!