Tacikistan parlamentin seçkilərin vaxtı müəyyənləşib

8 Dekabr 2019 11:32 (UTC+04:00)

Tacikistan parlamentinin aşağı palatası-Məclisi Alinin vilayət, şəhər və rayon məclislərinə növbəti seçkilər 2020-ci ilin mart ayının 1-də, yuxarı palatası- Məclisi Milliyə (Senat) isə martın 27-də keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Tacikistan Prezidenti Emoməli Rəhmon bununla bağlı Fərman imzalayıb.

Tacikistan Konstitusiyasına görə, Məclisi Ali 63 deputatdan formalaşır və 25 yaşı tamam olmuş vətəndaşlar aşağı palataya deputat seçilə bilərlər. Məclisi Millidə isə 33 deputat təmsil olunur ki, bunların da 25-i parlamentin aşağı və yuxarı palatalarının birgə iclasında gizli səsvermə yolu ilə seçilir, 8 deputatı isə Prezident təyin edir.

Məclisi Milliyə 35 yaşı tamam olan Tacikistan vətəndaşları seçilir.