Sampdoriya" 36 yaşlı futbolçusu ilə daha iki illik müqavilə imzalayıb

8 Dekabr 2019 05:30 (UTC+04:00)
Sampdoriya" futbolçusu Fabio Kualyarella ilə yeni müqavilə imzalayıb. SİA klubun istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə müqavilənin müddəti 2021-ci ilin iyununadək uzadılıb. Qeyd edək ki, 2016-cı ildən İtaliya təmsilçisində oynayan F.Kualyarella ötən mövsüm A Seriyasının ən yaxşı bombardiri olub. O, bu mövsüm isə 12 matçda 3 qol vurub.