Peşəkar boksçusumuz Məhəmmədrəsul Məcidov ikinci döyüşündə texniki nokautla qalib gəlib

7 Dekabr 2019 22:29 (UTC+04:00)

Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci döyüşünü keçirib.

SİA xəbər verir ki, həvəskarlar arasında üçqat dünya çempionumuz peşəkar rinqdə ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib.

Superağır çəkidəki döyüş Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində keçirilib. İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçumuz bu dəfə də erkən qələbə qazanıb.

33 yaşlı M.Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş davam etdirilməyib.