Paşayevin "Aleksandriya"sı "Vorskla"ya böyük hesabla qalib gəlib

7 Dekabr 2019 20:57 (UTC+04:00)

Ukrayna Premyer Liqasında 17-ci turun oyunları davam edir.

SİA xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda "Vorskla" ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

P.Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.


Qeyd edək ki, "Aleksandriya" hazırda 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.